Bank Of Baku

«UniBank»ın depozitləri son bir ildə 34%, xalis mənfəəti isə iki dəfədən çox azalıb

«UniBank»ın depozitləri son bir ildə  34%, xalis mənfəəti isə iki dəfədən çox azalıb
# 17 iyul 2009 08:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi cari ilin iyul ayının 1-nə 341,857 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrün göstəricisi ilə müqayisədə 28,7% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 34,4% azalaraq 95,447 mln. manat, kredit portfeli 28,9% azalaraq 255,227 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 29,5% azalaraq 107,978 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 12,9% artaraq 75,209 mln. manat, o cümlədən nizamnamə kapitalı 55,4% artaraq 42,075 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın gəlirləri 23,6% azalaraq 30,263 mln. manata, xərcləri isə 18,5% artaraq 27,773 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti son bir il ərzində 55,1% azalaraq 2,490 mln. manat, xalis mənfəəti isə 2,2 dəfə azalaraq 1,942 mln. manat olub.

Xatırladaq ki, bu müddətdə bank tərəfindən əlavə 6 filial açılıb, həmçinin 56 bankomat və 240 POS-terminal quraşdırıb. Eyni zamanda, bankın işçilərinin sayı 0,2% artaraq 541 nəfərə çatıb.

Təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 24 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR