Bank Of Baku

Bu ilin ilk beş ayı ərzində Azərbaycanın dünyanın 120 dövləti ilə xarici ticarət dövriyyəsinin həcmi 6 853,3 mln dollar olub

Bu ilin ilk beş ayı ərzində Azərbaycanın dünyanın 120 dövləti ilə xarici ticarət dövriyyəsinin həcmi 6 853,3 mln dollar olub
# 17 iyul 2009 08:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin yanvar-may aylarında Azərbaycanın dünyanın 120 dövləti ilə xarici ticarət dövriyyəsinin həcmi 6 853,3 mln. ABŞ dolları təşkil edib. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ticarət dövriyyəsinin 4 591,3 mln. dolları ixrac, 2 262 mln. dolları isə idxal əməliyyatlarının payına düşüb. Ticarət dövriyyəsində 2 329,3 mln. dollarlıq müsbət saldo yaranıb.

İdxal-ixrac əməliyyatlarının 19,8%-i İtaliya, 8,5%-i Rusiya, 8,4%-i ABŞ, 7,3%-i Fransa, 5,4%-i İsrail, 4,9%-i Türkiyə, 3,9%-i Almaniyanın, qalanı isə digər dövlətlərin payına düşüb.

Mal mübadiləsinin 88,1%-i, o cümlədən ixracın 91,3%-i, idxalın 81,7%-i sərbəst dönərli valyuta sövdələşmələri yolu ilə həyata keçirilib.

Hesabat dövründə Azərbaycana gətirilən məhsulların 34,9%-ni maşın və mexanizmlər, elektrotexnika avadanlığı, 16,5%-ni ərzaq malları, 11,9%-ni quru, hava və su nəqliyyatı vasitələri, 10,6%-ni az qiymətli metallar və onlardan hazırlanmış məmulatlar, 7%-ni kimya sənayesi məhsulları, 4,4%-ni optik, fotoqrafik, tibbi və digər cihaz və aparatlar, 2,8%-ni mineral məhsullar, 2,7%-ni plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanmış məmulatlar, qalan 9,2%-ni digər mallar təşkil edib.

Ayrı-ayrı mallar üzrə, 2009-cu ilin yanvar-may aylarında idxal olunan buğdanın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 21,7%, düyü 2,2 dəfə, sud və qaymaq 19,1%, pendir və kəsmik 14,5%, kərə yağı və digər süd yağları 25,5%, çay 8,4%, təzə tərəvəz 2 dəfə, təzə meyvə 1,6 dəfə, kolbasa məmulatları 29,9%, siqaret 7,7%, mobil telefonlar 2,1 dəfə, araq 47,5% azalıb.

Xarici ölkələrə göndərilən malların 94%-ni mineral məhsullar, o cümlədən 91,8%-ni xam neft və neft emalı məhsulları, 3,5%-ni ərzaq malları, 0,8%-ni az qiymətli metallar və onlardan hazırlanmış məmulatlar qalan hissəsini isə digər məhsullar təşkil edib.

Azərbaycandan ixrac olunan məhsullardan kartof 15%, çay 7,1%, meyvə və tərəvəz konservləri 18,2%, ağ neft 5,4 dəfə, təbii qaz 6,4 dəfə, pambıq parça ipliyi 9% çoxalıb. Təzə meyvə 22%, bitki piyləri və yağları 38,3%, şəkər 14,8%, meyvə və tərəvəz şirələri 43,2%, xam neft 60%, qazoyl 0,3%, maye yanacaq 11,3% azalıb.

Xarici ticarət dövriyyəsinin 5 709,7 mln. dolları və ya 83,3%-i, o cümlədən ixracın 89,7%-i, idxalın 70,4%-i uzaq xarici dövlətlərin payına düşüb. Uzaq xarici dövlətlərlə ticarət əlaqələrində 2 526,7 mln. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR