Bank Of Baku

«FINCA Azerbaijan» təşkilatının müştərilərinin sayı azalır

«FINCA Azerbaijan» təşkilatının müştərilərinin sayı azalır
# 17 iyul 2009 08:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi bu ilin iyul ayının 1-nə 66,555 ABŞ dolları təşkil edib ki, bu da сari ilin yanvar ayının 1-nə olan göstəricidən 0,3% azdır.

Təşkilatın xüsusi layihələr üzrə koordinatoru Zaur Nurməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, kreditlərin 37,351 mln. dolları qruplar üzrə, 29,204 mln. dolları isə fərdi qaydada verilib.

Z. Nurməmmədovun sözlərinə görə, cari ilin əvvəlindən təşkilatın müştərilərinin sayı 1,2% azalaraq 82800 nəfər təşkil edib ki, bunun da 61934 nəfəri qrup müştəriləri və 20866 nəfəri isə fərdi müştərilərin payına düşüb.

Xatırladaq ki, «FINCA Azerbaijan» qeyri-bank təşkilatı kreditləri həmrəy kredit qrupu üzrə 2,5-3%, kənd kredit qrupu üzrə 3,5%, fərdi kredit üzrə isə 2-3%-lə verir.

Təsisçisi ABŞ-ın «FINCA İnternational» təşkilatı olan «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə qurumun nizamnamə kapitalı 5 min dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR