Bank Of Baku

«Azərdəmiryolbank» xaricdə təhsil alanlara pulsuz plastik kartlar əldə etmək imkanı yaradıb

«Azərdəmiryolbank» xaricdə təhsil alanlara pulsuz plastik kartlar əldə etmək imkanı yaradıb
# 17 iyul 2009 09:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankı (SKB) xaricdə təhsil alanlara «VISA Classic» və ya «MasterCard Standard» plastik kartlarını pulsuz əldə etmək imkanı yaradıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu kartlar 200-dək ölkədə istifadə olunur və müxtəlif üstünlüklərə malikdir. Bunlara, məhsul və xidmətlərin nağdsız ödənişi, pul vəsaitinin təhlükəsiz saxlanması, pul vəsaiti tükəndiyi zaman ailə üzvləri və digər yaxınlar tərəfindən pul vəsaitinin kart hesabına yerləşdirilməsi və ya «Car-to-Card» xidməti ilə köçürülməsi və digər üstünlüklər aiddir.

Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, bu proqram gənclərin inkişafına dəstək xarakteri daşıyır və «Azərdəmiryolbank»ın sosial yönümlü siyasətinə uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki, bu plastik kartları «Azərdəmiryolbank»dan xaricdə həm ali təhsil alanlar, həm də ən azı 1 ay müddətinə müxtəlif kurslar keçən tələbələr pulsuz əldə edə bilərlər.

Plastik kartı pulsuz əldə etmək üçün tələbənin şəxsiyyət vəsiqəsi və qəbul olunduğu xarici ölkənin tədris müəssisəsində oxuduğunu təsdiq edən sənədlə (təhsil ocağından arayış və ya qəbul olunma haqqında bildiriş) bankın baş ofisinə və ya istənilən filialına müraciət etməsi kifayətdir. Kart hesabı ABŞ dolları və ya avro valyutasında açıla bilər. Hesaba minimum 50 ABŞ dolları və ya avro məbləğində ilkin mədaxil edilməlidir.

Xatırladaq ki, «Azərdəmiryolbank SKB-nin 850-yə yaxın səhmdarı var. Bu səhmlərin 25%+1 səhm Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur.

Bank 1989-cu ildə təsis edilib və hazırda bankın respublika üzrə 29 filialı 40 bankomatı və 240 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR