Bank Of Baku

“Unibank” korporativ lisenziyalaşdırma proqramının tətbiqinə başlayıb

“Unibank” korporativ lisenziyalaşdırma proqramının tətbiqinə başlayıb
# 17 iyul 2009 11:11 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-ECONOMICS. “Unibank” Kommersiya Bankı bütün işçi stansiyasının və server parkının proqram təminatının korporativ lisenziyalaşdırma proqramına start verib.
Bankdan “APA-ECONOMICS”ə verilən məlumata görə, “ULTRA” şirkəti ilə “Microsoft Enterprise Agreement” arasında bağlanılan saziş çərçivəsində 300 fərdi kompüter üçün nəzərdə tutulmuş lisenziyalaşdırılmış proqram məhsullarının son versiyaları tətbiq ediləcək. Bu cür korporativ lisenziyalaşdırmanın üstünlüyü sazişin dəyərinə abunənin proqram təminatının sonrakı yeniləşməsinin daxil edilməsidir. Lisenziyalaşdırılmış məhsulların yeni versiyalarının və patçların, bankın informasiya sisteminin təhlükəsizliyini, onun qlobal dəyişikliklərə uyğun olaraq daimi inkişafını və istifadəsini təmin edir. Bundan başqa, “Microsoft Enterprise Agreement” proqramına müvafiq olaraq lisenziyalar hissə-hissə üç il müddətinə illik ödənişlərlə əldə edilir. Lisenziyaların tərkibinə yenilənmələr (“Software Assurance”) də daxil olduğundan, sazişin qüvvədə olduğu müddət ərzində yeni versiyalara keçid “ULTRA” şirkəti tərəfindən pulsuz yerinə yetiriləcək. Sazişin qüvvədə olduğu müddətdə “Unibank”-a “Software Assurance” proqramı üzrə sertifikatı olan təlim mərkəzlərində öz mütəxəssislərinin təlim keçməsi, server məhsullarının texniki dəstəklənməsi, fərdi kompüterlərdə “Offise”-in istifadə edilməsi hüququ, “TechNet Plus”-a abunəni daxil edən pulsuz əlavə xidmətlər paketi təqdim olunur. Müqavilənin digər şərtlərinə əsasən, bank həmçinin proqram məhsullarının sazişin bağlanmasından sonra əldə olunacaq kompüterlərə də yüklənməsi hüququnu əldə edib.
Qeyd edək ki, “Microsoft Enterprise Agreement” - kompüterlərinin sayı 250-dən artıq olan təşkilatlar üçün nəzərdə tutulan korporativ lisenziyalaşdırma proqramıdır. Daimi zəmanətli texniki dəstək əldə edən “Unibank”ın “Microsoft” proqram təminatından korporativ platforma kimi istifadəsi dünya keyfiyyət standartlarına uyğun fəaliyyət göstərməsini təmin edir.
“ULTRA” ölkədə informasiya texnologiyaları sahəsində kompleks həllər təqdim edən iri şirkətlərdən biridir. O, “Microsoft”-un üç ən yüksək tərəf-müqabili (“Microsoft Gold Certified Partner”, “Microsoft Large Account Reseller” (LAR) və “Microsoft OEM Partner”) statusuna malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR