Bank Of Baku

Azərbaycanda son bir ildə xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 48% azalıb

Azərbaycanda son bir ildə xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların  həcmi 48% azalıb
# 17 iyul 2009 12:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin yanvar-iyun aylarında xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın həcmi 594,1 mln. manat təşkil edərək, əvvəlki ilin müvafiq dövründəkindən 47,9% az olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən 2009-cu ilin birinci yarısında əsas kapitala yönəldilmiş xarici investisiyanın 527,5 mln. manatı (88,8%) Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç və Türkiyə investorlarına məxsusdur. Bundan başqa, tikinti müəssisələri tərəfindən ilin birinci yarısında yerinə yetirilmiş inşaat işlərinin həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 2,2% üstələyərək 1,362 mln. manat olub. Görülmüş işlərin 877,2 mln. manatını (ümumi həcmin 64,4%) yeni tikinti, yenidənqurma və genişləndirmə, 313,4 mln. manatını (müvafiq olaraq 23%) əsaslı təmir, 82,1 mln. manatını (6%) cari təmir, 89,3 mln. manatını (6,6%) isə sair tikinti işləri təşkil edib. Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri 989 mln. manatlıq, dövlət tikinti müəssisələri isə 373 mln. manatlıq inşaat işləri görüb.

Cari ilin yanvar-may aylarında inşaat bölməsində çalışmış işçilərin orta aylıq nominal əmək haqqı 449,2 manat təşkil edib. İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı isə 494,7 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR