Bank Of Baku

«Azər-Türk Bank»ın aktivləri son bir il ərzində 26% artıb

«Azər-Türk Bank»ın aktivləri son bir il ərzində 26% artıb
# 18 iyul 2009 10:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azər-Türk Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin iyul ayının 1-nə 47,0472 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan göstəricidən 25,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 0,01% artaraq 26,135 mln. manata, o cümlədən istehlak kreditləri 26,7% artaraq 9,021 mln. manata çatıb. Bankın depozit portfeli 11,3% genişlənərək 25,534 mln. manat, o cümlədən əhalidən cəlb edilmiş əmanətlərin həcmi 16,7% genişlənərək 11,208 mln. manat olub.

Həmçinin, bankın məcmu kapitalı 2,3% artaraq 11,521 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat olub.

Qeyd edək ki, bu ilin birinci yarısında bankın əldə etdiyi mənfəətin həcmi 1,254 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrün göstəricisi ilə müqayisədə 13,4% azdır.

Xatırladaq ki, «Azər-Türk Bank» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasına Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və
«Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) daxildir. Hazırda bankın respublika üzrə 2 filialı, 4 bankomatı və 15 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR