Bank Of Baku

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində britaniyalı qonaqlarla görüş keçirilib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində britaniyalı qonaqlarla görüş keçirilib
# 20 iyul 2009 15:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) London şəhərinin lord meri Yan Luder Oldermanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. QKDK-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, komitə sədri Rüfət Aslanlı nümayəndə heyətinə Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti, Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələr, Azərbaycan
qiymətli kağızlar bazarının inkişaf meylləri və həyata keçirilən tədbirlər barədə məlumat verib. Y. L. Olderman isə Azərbaycanla biznes əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Görüş zamanı qiymətli kağızlar bazarında hər iki tərəf üçün fayda doğura biləcək məsələlər üzrə potensial əməkdaşlıq istiqamətləri, o cümlədən qarşılıqlı investisiya imkanları müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR