Bank Of Baku

«Azərdəmiryolbank» nizamnamə kapitalını artırır

«Azərdəmiryolbank» nizamnamə kapitalını artırır
# 20 iyul 2009 15:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyul ayının 27-dən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) adi adlı sənədli səhmlərinin yerləşdirilməsinə başlanılacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, bir səhmin nominal dəyəri 0,20 manat, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək.

Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində «ADB Broker» MMC çıxış edəcək.
Səhmləri əldə etmək istəyən şəxslər BFB-nın üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

Qeyd edək ki, səhmlərin uğurla yerləşdirilməsindən sonra bankın nizamnamə kapitalı 74,6% artaraq 23,4 mln. manata çatacaq.

Xatırladaq ki, «Azərdəmiryolbank SKB-nin 850-yə yaxın səhmdarı mövcuddur ki, bu səhmlərin 25%+1 səhm Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. Bank 1989-cu ildə təsis edilib və hazırda bankın respublika üzrə 29 filialı fəaliyyət göstərir.

Cari ilin aprelin 1-nə bankın aktivlərinin həcmi 213,029 mln. manat, depozit portfeli 56,923 mln. manat, kredit portfeli 157,354 mln. manat, məcmu kapitalı 38,538 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,400 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR