Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının rəhbəri ilə London meri arasında biznes-görüş keçirilib

Azərbaycan Beynəlxalq Bankının rəhbəri ilə London meri arasında biznes-görüş keçirilib
# 21 iyul 2009 09:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə Azərbaycanda səfərdə olan London şəhərinin meri Alderman Yan Luderin başçılıq etdiyi geniş nümayəndə heyəti arasında biznes-görüş keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev Azərbaycanda həyata keçirilən neft və qaz layihələrində Böyük Britaniya şirkətlərinin mühüm rolu olduğunu bildirib: «Azərbaycan strateji baxımdan çox böyük ölkədir və burada iqtisadiyyat çox sürətlə inkişaf edir. Biz Azərbaycanda neft sektorunun qeyri-neft sektoruna nisbətən daha çox inkişafının şahidi oluruq. Bu baxımdan bu görüşün keçirilməsinin əsas məqsədi ölkədə qeyri-neft sektorunun, o cümlədən maliyyə sahəsinin inkişafını daha da artırmaqdır».

Öz növbəsində London meri Alderman Yan Luder Azərbaycanda 150-dən artıq Böyük Britaniya şirkətinin fəaliyyət göstərdiyini bildirib: «Azərbaycan iqtisadiyyatının neft və qaz sektorunda böyük inkişaf gedir. Lakin buna baxmayaraq, digər sahələri də inkişaf etdirmək lazımdır, həmçinin həmin sahələrə investisiyalar yatırılmalıdır». A.Y.Luderin sözlərinə görə, bu görüş Azərbaycan iqtisadiyyatının inkişafına böyük təkan olacaq.

Görüşün sonunda Azərbaycan və Böyük Britaniya iş adamları arasında arasında maliyyə sektorunun inkişafına dair müzakirələr aparılıb, eyni zamanda müvafiq təqdimatlar göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR