Bank Of Baku

«Günay Bank»ın depozit portfeli son bir ildə 5% azalıb

«Günay Bank»ın depozit portfeli son bir ildə 5% azalıb
# 21 iyul 2009 10:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Günay Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi cari ilin aprel ayının 1-nə 31,706 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 26,8% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 27% artaraq 27,554 mln. manat, depozit portfeli isə 4,7% azalaraq 8,284 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 5,7% artaraq 12,404 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,892 mln. manata təşkil edib.

Qeyd edək ki, ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə bankın gəlirləri 7 dəfə artaraq 2,690 mln. manata, xərcləri isə 3,1 dəfə artaraq 1,181 mln. manata çatıb. Nəticədə bu ilin ilik ayında bankın əldə etdiyi mənfəətin həcmi 1,510 mln. manat olub. Ötən ilin yanvar-iyun aylarında isə bankın zərəri 301 min manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 10 yerli fiziki şəxs olan «Günay Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 1 filialı, 1 mübadilə məntəqəsi, 1 bankomatı və 1 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR