Bank Of Baku

«AtaLeasing» şirkəti son bir ildə lizinq portfelini 35% artırıb

«AtaLeasing» şirkəti son bir ildə lizinq portfelini 35% artırıb
# 21 iyul 2009 10:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaLeasing» Açıq Səhmdar Cəmiyyətinin (ASC) lizinq portfelinin həcmi bu ilin iyul ayının 1-nə 4,402 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrün göstəricisi ilə müqayisədə 35,1% çoxdur.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında şirkətin lizinq müqavilələrinin sayı 2,9% artaraq 36-ya, lizinqə verilən avadanlıqların dəyəri isə 32,7% artaraq 1,553 mln. manata çatıb. Həmçinin bu müddət ərzində şirkətin məcmu kapitalı 1% artaraq 1,169 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 1 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində şirkət tərəfindən ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi sıfra bərabər olub. Lizinq portfelinin strukturuna gəldikdə isə, əsas yeri inşaat sektoru, sənaye və nəqliyyat sahələri tutub.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR