Bank Of Baku

Dünya Bankının ölkə meneceri: «Bu il Azərbaycanda inflyasiya birrəqəmli olacaq»

Dünya Bankının ölkə meneceri: «Bu il Azərbaycanda inflyasiya birrəqəmli olacaq»
# 21 iyul 2009 10:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu il Azərbaycanda inflyasiya birrəqəmli həddə saxlanıla biləcək. «APA-Economics»in məlumatına görə, bu barədə Dünya Bankının Azərbaycanda ölkə meneceri Qreqori Yedjeyçak bildirib.

«Artıq birrəqəmli inflyasiyadan danışmaq olar. Artıq bəzi ölkələrdə inflyasiya deflyasiya ilə əvəzlənib», - deyə Dünya Bankının meneceri qeyd edib.

Q. Yedjeyçak dünyadakı böhranın hələ davam etdiyini və bəzi ölkələrdə bu prosesin sona yaxınlaşmaq üzrə olduğunu vurğulayıb: «Heç kim böhranın nə vaxt başa çatacağını deyə bilməz. Azərbaycanın vəziyyəti resurslarına görə bir çox ölkələrə nisbətən yaxşıdır. Fürsət yaranıb ki, ölkənin qarşısında duran məsələlərə nəzər salınsın və konkret tədbirlər görülsün».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR