Bank Of Baku

«Yapı Kredi Bank Azerbaijan»nın depozit portfeli 24%, mənfəəti isə 8% azalıb

«Yapı Kredi Bank Azerbaijan»nın depozit portfeli 24%, mənfəəti isə 8% azalıb
# 21 iyul 2009 12:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Yapı Kredi Bank Azerbaijan» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) aktivlərinin həcmi cari ilin iyul ayının 1-nə 151,019 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-i ilə müqayisədə 82% çoxdur. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 24,2% azalaraq 41,515 mln. manat, kredit portfeli 12,6% azalaraq 20,642 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 68,8% artaraq 1,428 mln. manat olub.
Bankın məcmu kapitalı 2,7 dəfə artaraq 40,975 mln. manat, o cümlədən nizamnamə kapitalı 4,3 dəfə artaraq 27,209 mln. manat təşkil edib.
Qeyd edək ki, bankın gəlirləri ötən ilin müvafiq dövrün göstəriciləri ilə müqayisədə 15,2% artaraq 6,650 mln. manata, xərcləri isə 37,7% artaraq 4,009 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti son bir il ərzində 7,8% azalaraq 2,641 mln. manat təşkil edib.
Həmçinin, bu dövr ərzində bank əlavə 2 filial açıb, 2 bankomat və 26 POS-terminal quraşdırıb.
Xatırladaq ki, təsisçisi Türkiyənin «Yapı Kredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» SKB Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 4 filialı, 14 bankomatı və 64 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR