Bank Of Baku

«Xalq Bank» müştərilərinə «Visa İnternational» sisteminin kartlarını təqdim edib

«Xalq Bank» müştərilərinə «Visa İnternational» sisteminin kartlarını təqdim edib
# 21 iyul 2009 13:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Xalq Bank» Səhmdar Kommersiya Bankı (SKB) «Visa İnternational» beynəlxalq ödəniş sisteminin «Visa Electron», «Visa Classic», «Visa Gold», «Visa Platinum» və korporativ müştərilər üçün «Visa Business» və «Visa Electron Salary» plastik kartlarını təklif edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müştərilər öz vəsaitlərindən istifadə edərkən onlara debet kartları, kredit xətləri üzrə müvafiq olaraq kredit kartları verilir. Kredit kartları bank tərəfindən müştəriyə pulsuz təqdim olunur.

Qeyd edək ki, bu kartları daha funksional etmək üçün bankın digər xidmətlərindən istifadə etmək lazımdır. Belə ki, müştəri bankın «SMS banking», «Card to Card» və digər xidmətlərdən istifadə etməklə öz kartlarını daha funksional edə bilər.

Xatırladaq ki, «Xalq Bank» «Visa» kartları ilə yanaşı, «MasterCard» beynəlxalq ödəniş sisteminin kartlarından da istifadə edir. Bu günədək bank tərəfindən 13,3 mindən çox «MasterCard» sisteminin kartları emissiya edilib.

Təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» SKB 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 386,153 mln. manat, depozit portfeli 209,476 mln. manat, kredit portfeli 341,894 mln. manat, bankın məcmu kapitalı 62,311 mln. manat, o cümlədən nizamnamə kapitalı 53,550 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 9 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR