Bank Of Baku

«Bank Avrasiya» son bir ildə kredit portfelini 55% artırıb

«Bank Avrasiya» son bir ildə kredit portfelini 55% artırıb
# 21 iyul 2009 13:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Avrasiya» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin iyul ayının 1-nə 48,137 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan göstəricidən 15% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 11,5% artaraq 21,664 mln. manat, kredit portfeli 55% artaraq 21,781 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 48,3% artaraq 7,676 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 5,9% artaraq 21,287 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 41,3% artaraq 3,068 mln. manata, xərcləri isə 12,1% azalaraq 2,149 mln. manata çatıb. Nəticədə bankın mənfəəti cari ilin ilk altı ayında 0,919 mln. manat təşkil edib. Ötən ilin yanvar-iyun aylarını isə bank 0,274 mln. manat zərərlə başa vurub.

Xatırladaq ki, «Bank Avrasiya» ASC-yə lisenziya 2007-ci ilin noyabr ayında verilib. Bankın hazırda 2 bankomatı, 21 POS-terminalı və 1 mübadilə məntəqəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR