Bank Of Baku

ARDNF-in icraçı direktoru Londonun meri ilə görüşüb

ARDNF-in icraçı direktoru Londonun meri ilə görüşüb
# 21 iyul 2009 14:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov London şəhərinin lord-meri Alderman İan Luderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə «APA-Economics»ə ARDNF-dən məlumat verilib.

Ş. Mövsümov ARDNF-in fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi, Azərbaycanın MHŞT üzrə beynəlxalq İdarə Heyətində təmsilçiliyi barədə məlumat verib.

Görüşdə eyni zamanda Azərbaycan və Böyük Britaniya arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, Suveren Fondlar, Azərbaycanda mövcud iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR