Bank Of Baku

«AccessBank»ın depozit bazası son bir ildə 3 dəfə genişlənib

«AccessBank»ın depozit bazası son bir ildə 3 dəfə genişlənib
# 22 iyul 2009 08:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin iyul ayının 1-nə 243,417 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan analoji göstəricidən 38,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,9 dəfə genişlənərək 29,283 mln. manata, kredit portfeli isə 34,3% artaraq 198,175 mln. manata çatıb. Həmçinin, bu müddət ərzində bankın məcmu kapitalı 35,7% artaraq 51,021 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 77% artaraq 31,029 mln. manat, xərcləri isə 2,1 dəfə artaraq 22,547 mln. manat olub. Nəticədə, bankın mənfəəti 23,8% artaraq 8,482 mln. manata çatıb.

Xatırladaq ki, bu müddətdə bank tərəfindən əlavə 6 filial açılıb, həmçinin 3 bankomat və 2 POS-terminal quraşdırılıb. «AccsesBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabrın 8-də brendini dəyişib.

Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.

Hazırda bankın respublika üzrə 21 filialı, 20 bankomatı və 41 POS-terminalı fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankda çalışan işçilərin sayı 902 nəfər təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR