Bank Of Baku

AGBANK Beynəlxalq Maliyyə Korporasiyasından 5 mln. dollarlıq ilk tranş alıb

AGBANK Beynəlxalq Maliyyə Korporasiyasından 5 mln. dollarlıq ilk tranş alıb
# 22 iyul 2009 08:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquıuyev – APA-Economics. AGBank Beynəlxalq Maliyyə Korporasiyasından (BMK) subordinasiyalı kredit üzrə 8 illiyə 5 mln. ABŞ dolları məbləğində birinci tranş alıb.
Bankdan “APA-Economics”-ə verilən məlumata görə, cari ilin may ayının əvvəlində bağlanan müqaviləyə əsasən, BMK AGBank-ın kapitallaşmasına yardım üçün ona 10 mln. ABŞ dolları həcmində subordinasiyalı kredit verəcək. Bu vəsaitin cəlb edilməsi sahibkarları bu gün bazarda mövcud olandan daha əlverişli şərtlərlə kreditləşdirməyə imkan verəcək.
Maraqlıdır ki, bu, cari ildə AGBank-ın xarici investorlarla bağladığı ikinci kredit müqaviləsidir. Aprelin əvvəlində bank Neft İxrac Edən Ölkələr Təşkilatı (OFID) yanında Beynəlxalq İnkişaf Fondunun 9,5 mln. dollarlıq kreditini cəlb edib.
Qeyd edək ki, AGBank və BMK 12 ildir davamlı və məhsuldar əməkdaşlıq edir. Maliyyə Korporasiyası banka rsik menecment sistemini möhkəmləndirmək üçün yüksək keyfiyyətli məsləhət xidməti də göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR