Bank Of Baku

“RoyalBank”la USAİD arasında ikinci anlaşma memorandumu umzalanıb

“RoyalBank”la USAİD arasında ikinci anlaşma memorandumu umzalanıb
# 22 iyul 2009 09:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «RoyalBank» Səhmdar Kommersiya Bankı (SKB) Kiçik və Orta Sahibkarlıq üçün davamlı maliyyə vasitəçiliyi xidmətlərinin gücləndirilməsinə dəstək məqsədilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi «Chemonics International İnc.»lə Özəl Sektorun Rəqabətliyinin Gücləndirilməsi Proqramının əsasında ikinci anlaşma memorandumu imzalayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, memorandumu bankın İdarə Heyətinin sədri Zaur Fərzəliyev və Özəl Sektorun Rəqabətliyinin Gücləndirilməsi Proqramının rəhbəri Danilo Kruz- DePaula imzalayıblar.

Qeyd edək ki, bu layihə ilə «RoyalBank» kiçik və orta sahibkarlıq üçün verilən kreditlərin məhsul çeşidinin artırılması ilə yanaşı, lizinq, akkreditiv, qarantiya məktublarının verilmə prosesləri sahəsində yardım göstəriləcək.

Xatırladaq ki, ilk memorandum ötən ilin sentyabr ayında imzalanıb. Birinci memoranduma əsasən USAİD tərəfindən banka 150 min ABŞ dolları həcmində texniki yardım göstərilib.

Memoranduma görə, «BankworldInc» təşkilatı maliyyə vasitəçiliyi xidmətlərinin göstərilməsində «Royal Banka» kiçik və orta sahibkarlıq sahəsində ən yaxşı beynəlxalq təcrübəni təbliğ edərək məsləhət və treninq xidmətləri ilə təmin etməlidir. Buraya həmçinin kiçik və orta biznesə aid olan xidmətlərin və metodologiyanın qiymətləndirilməsi sahəsində kredit mütəxəssislərinin təlimi, mövcud proqramların keyfiyyəti, kreditlərin tənzimlənməsi və risklərin idarəedilmə prosesləri, yerli bank depozitlərinin cəlb edilməsi, məhsulların inkişafı və yeni əməliyyatlar imkanları, səmərəli maliyyə hesabatlılığın və təhlil vasitələri yaradılmasında rəhbərliyin məlumatlandırma sistemlərinin istifadəsi daxildir.

Qeyd edək ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR