Bank Of Baku

İpoteka kreditləri ilə bağlı «RoyalBank»a 35-dən çox müraciət daxil olub

İpoteka kreditləri ilə bağlı «RoyalBank»a 35-dən çox müraciət daxil olub
# 22 iyul 2009 09:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «RoyalBank» Səhmdar Kommersiya Bankı (SKB) tərəfindən 6 ipoteka kreditinin verilməsi rəsmən təsdiqlənib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, təsdiqlənən kredit üzrə ümumi məbləğ 300 min manat təşkil edir. Bankdan bildirib ki, ümumilikdə ipoteka kreditləri bərpa olunduqdan sonra banka 35-dən çox rəsmi müraciət daxil olub.

Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR