Bank Of Baku

Beynəlxalq Sığorta Şirkəti beynəlxalq reytinq dərəcəsi almağa hazırlaşır

Beynəlxalq Sığorta Şirkəti beynəlxalq reytinq dərəcəsi almağa hazırlaşır
# 22 iyul 2009 09:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti (BSŞ) ilə “Moody’s Investors Service Limited” beynəlxalq reytinq agentliyinin Londondan gəlmiş nümayəndə heyəti arasında görüş keçirilib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, görüşün keçirilməsində əsas məqsəd alınması nəzərdə tutulan maliyyə reytinqi ilə bağlı məsələlərin müzakirəsi olub. Qeyd edək ki, reytinqin dərəcəsi barədə müvafiq məlumat artıq növbəti ilin sentyabr ayına məlum olacaq.

Xatırladaq ki, BSŞ-nin Moody’s-dən reytinq almasında əsas məqsədi ilk növbədə mövcud və potensial müştərilərinə şirkətin maliyyə sabitliyini və kredit qabiliyyətli olmasını göstərmək və bununla da etibarlı tərəfdaş olduğunu bir daha təsdiq etməkdir.

Təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan BSŞ 2002-ci ildən fəaliyyət göstərir. Maliyyə Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 3,04 mln. manat, ödənişləri isə 0,86 mln. manat olub. Şirkətin ölkə üzrə məcmu sığorta daxilolmalarındakı xüsusi çəkisi 7,1%, ödənişlərdə isə 8,3% təşkil edib.

«APA-Economics»in sığorta şirkətləri üzrə hazırladığı renkinqdə (cari ilin birinci rübü) BSŞ sığorta haqlarına görə dördüncü, ödənişlərə görə isə beşinci yerdə qərarlaşıb. Şirkət nizamnamə kapitalının (8,8 mln. manat) həcminə görə şirkət sığorta təşkilatları sırasında ilk yeri tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR