Bank Of Baku

Bu il Azərbaycan Vergilər Nazirliyində yaradılmış «bir pəncərə» sistemində 22 716 sahibkarlıq subyekti qeydiyyatdan keçib

Bu il Azərbaycan Vergilər Nazirliyində yaradılmış «bir pəncərə» sistemində 22 716 sahibkarlıq subyekti qeydiyyatdan keçib
# 22 iyul 2009 10:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycan Vergilər Nazirliyində yaradılmış «bir pəncərə» sistemində 22 716 sahibkarlıq subyekti qeydiyyatdan keçib. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin 2 659-u kommersiya hüquqi şəxsi, qalan 20 207-si isə fərdi sahibkar olub. Bununla yanaşı, «bir pəncərə»dən sahibkarlara 23 421 nəzarət kitabçası verilib.

Qeyd edək ki, «bir pəncərə» qeydiyyat sisteminin tətbiqinə 2008-ci ilin yanvar ayından başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR