Bank Of Baku

«Azərnəqliyyatbank» «Caspian Money Tranfer» pulköçürmə sisteminə qoşulub

«Azərnəqliyyatbank» «Caspian Money Tranfer» pulköçürmə sisteminə qoşulub
# 22 iyul 2009 12:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərnəqliyyatbank» Açıq Səhmdar Cəmiyyəti (ASC) «Caspian Money Tranfer» sürətli beynəlxalq pulköçürmə sisteminə qoşulub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırda sistemin tam istifadəyə verilməsi üçün texniki işlə aparılır. Artıq bankın müştəriləri bu ilin avqust ayından etibarən «Caspian Money Tranfer» sürətli beynəlxalq pulköçürmə sisteminin xidmətlərindən yaralanacaqlar.

Qeyd edək ki, «Azərnəqliyyatbank» «Caspian Money Tranfer» sistemi ilə yanaşı, «Western Union» pulköçürmə sisteminə də üzvdür.

Xatırladaq ki, «Caspian Money Tranfer» sistemi 2006-cı ildə Azərbaycanda yaradılıb. Bu sistemə Azərbaycanda fəaliyyət göstərən banklarla yanaşı Rusiya, Ukrayna, Moldova, Tacikistan, Gürcüstan və MDB ölkələrinin bir çox bankları qoşulub. Pulköçürmə üzrə minimal komissiya haqqı 1,5%-2% təşkil edir, köçürmənin müddəti isə 2-3 dəqiqə ərzində həyata keçirilir.

«Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur.

Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 69,723 mln. manat, bankın depozit portfeli 56,718 mln. manat, kredit portfeli 16,190 mln. manat, məcmu kapitalı 12,716 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,784 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR