S/S | Sığortaçılar | Sığorta haqları |
|
| |
1 | Azərsığorta | 12,71 |
2 | Azalsığorta | 12,59 |
3 | Atəşgah | 6,86 |
4 | Beynəlxalq Sığorta Şirkəti | 6,77 |
5 | AzSığorta | 5,56 |
6 | A-Group | 4,73 |
7 | Standard İnsurance | 4,66 |
8 | Xalq Sığorta | 4,43 |
9 | Paşa Sığorta | 4,00 |
10 | MBASK | 3,72 |
11 | Azərbaycan Sənaye Sığorta | 2,12 |
12 | Bakı Sığorta | 2,02 |
13 | AtaSığorta | 1,59 |
14 | Başak-İnam | 1,30 |
15 | Star Alliance | 1,16 |
16 | AIG Caspian İnsurance Company | 1,08 |
17 | Qarant Sığorta | 1,02 |
18 | Era Trans | 0,68 |
19 | Alfa Sığorta | 0,52 |
20 | Günay Anadolu | 0,49 |
21 | Thames İnsurance Group | 0,46 |
22 | BE&G | 0,44 |
23 | Azərqarant | 0,32 |
24 | Fidan Sığorta | 0,32 |
25 | Əmrah Sığorta | 0,12 |
26 | Atəşgah Həyat Sığorta Şirkəti | 0,10 |
27 | Qala Sığorta | 0,06 |
28 | Az İnvest Sığorta | 0,06 |
| Y E K U N | 79,89 |
Xatırladaq ki, cari ilin birinci yarısında sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının
həcmi 79,89 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrün göstəricisi ilə müqayisədə 18,4% azdır. Maliyyə Nazirliyinin təqdim etdiyi hesabatda cari ilin ilk altı ayında şirkətlər tərəfindən verilmiş məcmu sığorta ödənişləri 12% artaraq 24,65 mln. manata çatıb.
Sığorta təşkilatları sırasında ən çox sığorta haqqı «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətinin payına düşüb. Belə ki, bu şirkətin cari ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 12,71 mln. manat olub ki, bu da məcmu daxilolmaların 15,9% -ni təşkil edib.
Həmçinin, ilk üçlüyə «Azalsığorta» şirkəti (12,59 manat və ya 15,8%) və «Atəşgah» (6,86 mln. manat və ya 8,6%) şirkətləri daxil olub.
Qeyd edək ki, ən az daxilolma «Az İnvest Sığorta»nın payına düşüb ki, bu da ümumi sığorta haqlarının 0,008%-nə bərabər olub.
Hazırda Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.