Bank Of Baku

«Bank Standard» «Premier» depoziti şərtlərinə multivalyuta funksiyasını əlavə edib

«Bank Standard» «Premier» depoziti şərtlərinə multivalyuta funksiyasını əlavə edib
# 22 iyul 2009 14:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) «Premier» depoziti üçün nəzərdə tutulan multivalyuta funksiyası bankın bütün filiallarında aktivləşdirilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni şərtlərə əsasən «Premier» depoziti sahibləri vahid depozit müqaviləsi çərçivəsində 3 müxtəlif valyutada (manat, ABŞ dolları və avro) hesab aça bilərlər. Onlar, həmçinin bu hesablardakı vəsaitlərini məhdudiyyətsiz bir valyutadan digərinə istədikləri kimi çevirə biləcəklər. Bu zaman multivalyutalı hesabda olan vəsaitlərin ümumi məbləği manat ekvivalentində bu məhsulun şərtlərinə cavab verməlidir. Belə olan halda faiz gəlirlərinin kapitallaşması hər hesabın öz valyutasında aparılır. Faiz gəlirlərinin kapitallaşma olmadan hər ay verilməsi isə manatla aparılacaq.

Qeyd edək ki, «Premier» depoziti üzrə müqavilə 3 aydan 3 ilədək bağlanır. Bu məhsulun maksimal orta illik gəlirliliyi 3 illik depozit üzrə faiz gəlirinin kapitallaşması ilə əldə olunur və 21,17% təşkil edir.

Xatırladaq ki, bankın regional filiallarının müştəriləri üçün əlavə güzəştlər nəzərdə tutulur. Şərtlərə görə, paytaxtda fəaliyyət göstərən filiallarda mövcud olan 10 və ya 50 min şərti vahid məbləğində toxunulmaz qalıq məbləğinə rəğmən Gəncə, Lənkəran, Siyəzən, Quba və Sumqayıt filiallarında hesabdakı minimal hədd 5 və ya 25 şərti vahid səviyyəsindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR