Bank Of Baku

«AtaBank»ın mənfəəti son bir il ərzində 9% azalıb

«AtaBank»ın mənfəəti son bir il ərzində 9% azalıb
# 23 iyul 2009 07:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin iyul ayının 1-nə 176,4 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu müddət ərzində bankın kredit portfeli 34,6% artaraq 120,7 mln. manata, müddətli depozit portfeli 74,8% genişlənərək 118,2 mln. manata, fiziki şəxslərin müddətli depozitləri isə 29,7% artaraq 60,8 mln. manata çatıb.

Qeyd edək ki, bu ilin ilk altı ayında bankın əldə etdiyi mənfəətin həcmi 2,9 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,1% azdır.

Xatırladaq ki, «AtaBank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 18 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR