Bank Of Baku

“Azərnəqliyyatbank”ın depozitləri son bir ildə 7 dəfə, mənfəəti isə 8 dəfə artıb

“Azərnəqliyyatbank”ın depozitləri son bir ildə 7 dəfə, mənfəəti isə 8 dəfə artıb
# 23 iyul 2009 07:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi cari ilin iyul ayının 1-nə 69,723 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan göstəricidən 3,5 dəfə çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 7,1 dəfə genişlənərək 56,719 mln. manat, kredit portfeli 7,6% artaraq 16,190 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 66,1% artaraq 6,750 mln. manat olub. Həmçinin bankın məcmu kapitalı 13,5% artaraq 12,716 mln. manata, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,784 mln. manata çatıb.
Qeyd edək ki, son bir ildə bankın gəlirləri 4,2 dəfə artaraq 9,140 mln. manat, xərcləri isə 3,9 dəfə artaraq 2,051 mln. manat təşkil edib. Nəticədə bankın mənfəəti 8,2 dəfə artaraq 1,071 mln. manat olub.
Xatırladaq ki, bu müddət ərzində bankın işçilərinin sayı 37,36% artaraq 140 nəfərə, orta aylıq əmək haqqı isə 3,8 dəfə artaraq 600 manat təşkil edib. Eyni zamanda bank son bir ildə əlavə 4 filial açıb, həmçinin 7 bankomat quraşdırıb.
«Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Hazırda bankın respublika üzrə 4 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR