Bank Of Baku

Cari ilin ilk yarısında Azərbaycanın dövlət büdcəsinin mədaxil proqnozu kəsrlə icra olunub

Cari ilin ilk yarısında Azərbaycanın dövlət büdcəsinin mədaxil proqnozu kəsrlə icra olunub
# 23 iyul 2009 08:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycan dövlət büdcəsinin mədaxili 4 mlrd. 862 mln. manat və ya 93,4% yerinə yetirilib. «APA-Economics»in məlumatına görə, bu barədə cari ilin 6 ayının yekunlarına dair hökumətin iclasında maliyyə naziri Samir Şərifov bildirib.

S. Şərifovun sözlərinə görə, dövlət büdcəsinin 6 ayda gəlirləri 2008-ci ilin eyni dövrü ilə müqayisədə 1,1% çoxdur. Hesabat dövründə Vergilər Nazirliyi mədaxil proqnozunu 80,8% icra etməklə, dövlət büdcəsinə 1 mlrd. 627 mln. manat vəsait daxil olması təmin edilib. Bu vəsaitin də 1 mlrd. 165 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb. Qeyri-neft sektoru üzrə daxilolmalar 2008-ci ilin müvafiq dövrünə nisbətən 11,4% çoxdur.

Dövlət Gömrük Komitəsi isə büdcə proqnozuna 100,1% və ya ötən ilin eyni dövrü ilə müqayisədə 13,4% çox əməl edib. Hesabat dövründə Dövlət Neft Fondundan büdcəyə proqnozda nəzərdə tutulduğundan 75 mln. manat və ya 3,1% çox transfert olub.

Hesabat dövründə icmal büdcənin gəlirləri 5 mlrd. 865 mln. manat, xərcləri 5 mlrd. 144 mln. manat icra olunub. İcmal büdcədə 901 mln. manat profisit yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR