Bank Of Baku

Cari ilin I yarısında Azərbaycanda bütün əsas investisiya layihələrinin və proqramların həyata keçirilməsinə büdcədən 1 mlrd. 675 mln. manat vəsait yönəldilib

Cari ilin I yarısında Azərbaycanda bütün əsas investisiya layihələrinin və proqramların həyata keçirilməsinə büdcədən 1 mlrd. 675 mln. manat vəsait yönəldilib
# 23 iyul 2009 08:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycanda bütün əsas investisiya layihələrinin və proqramların həyata keçirilməsinə dövlət büdcəsindən 1 mlrd. 675 mln. manat vəsait yönəldilib. «APA-Economics»in məlumatına görə, bu barədə cari ilin 6 ayının yekunlarına dair hökumətin iclasında maliyyə naziri Samir Şərifov bildirib.

S. Şərifovun sözlərinə görə, həmin vəsaitlərdən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 124 mln., o cümlədən təhsil müəssisələrinə 29 mln., səhiyyə müəssisələrinə 9,4 mln., mədəniyyət müəssisələrinə 32 mln., idman müəssisələrinə 24 mln., sosial müdafiə və sosial təminat təyinatlı müəssisələrə 24 mln. manat vəsait sərf edilib.

Əsas kommunal və nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 1 mlrd. 084 mln., manat, o cümlədən elektrik energetikası infrastrukturlarının tikintisi üçün 168 mln., regionların içməli su və suvarma-drenaj infrastrukturlarının bərpası və yenidən qurulması üçün 69 mln., respublika əhəmiyyətli avtomobil yollarının və yol infrastrukturunun tikintisi və yenidən qurulmasına 731 mln., Bakı Metropoliteninin yeraltı nəqliyyat obyektlərinin tikintisi və metro üçün avadanlığın alınmasına 47 mln. manat vəsait yönəldilib.

Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Oğuz-Qəbələ-Bakı su kəməri, Bakı-Tiflis-Qars dəmir yolu layihələrinin həyata keçirilməsi üçün 153 mln. manat vəsait ayrılıb.

Hesabat dövründə Prezidentin Ehtiyat Fondundan bir sıra vacib dövlət xərclərinin maliyyələşdirilməsinə 7,6 mln. manat, dövlət büdcəsinin Ehtiyat Fondundan əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 65,4 mln. manat vəsait istifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR