Bank Of Baku

«Royal Bank»ın depozitləri son bir il ərzində 45% artıb

«Royal Bank»ın depozitləri son bir il ərzində 45% artıb
# 23 iyul 2009 09:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» Açıq səhmdar Cəmiyyətinin (ASC) aktivlərinin həcmi cari ilin iyul ayının 1-nə 125,395 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan göstəricidən 47,4% çoxdur. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 45,4% genişlənərək 50,374 mln. manata, kredit portfeli 54% artaraq 86,273 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 61,5% artaraq 75,317 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 19,7% artaraq 21,618 mln. manat, o cümlədən nizamnamə kapitalı 17,7% artaraq 19,912 mln. manat təşkil edib.
Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 7,4% azalaraq 6,135 mln. manat, xərcləri isə 1,2% azalaraq 6,041 mln. manat olub. Nəticədə, bankın mənfəəti 60% artaraq 88 min manata çatıb.
Xatırladaq ki, bu müddət ərzində bank əlavə 10 filial açıb, 9 bankomat və 30 POS-terminal quraşdırıb. Eyni zamanda, bankın işçilərinin sayı 51,2% artaraq 561 nəfər, orta aylıq əmək haqqı isə 55% artaraq 526 manat olub.
Əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Hazırda bankın respublika üzrə 29 filialı, 4 mübadilə məntəqəsi, 28 bankomatı və 54 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR