Bank Of Baku

Cari ilin ilk altı ayı ərzində gömrük orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 29 fakt aşkar olunub

Cari ilin ilk altı ayı ərzində gömrük orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 29 fakt aşkar olunub
# 23 iyul 2009 10:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən dövlət büdcəsinə 639,7 mln. manat vəsait köçürülüb ki, bu da proqnozdan 0,1%, 2008-ci ilin müvafiq dövrünün göstəricisindən 13,4% çoxdur. «APA-Economics»in məlumatına görə, bunu cari ilin 6 ayının yekunlarına dair hökumətin iclasında DGK sədri Aydın Əliyev bildirib. Komitə sədri bildirib ki, bu il DGK dövlət büdcəsi haqqında qanunla müəyyən edilmiş 1 mlrd. 300 mln. manat proqnozu yerinə yetirməyi planlaşdırır.

A. Əliyevin sözlərinə görə, hesabat dövründə 1380-dən artıq hüquqpozma faktı aşkar edilərək, təqsirkar şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Cari ilin ilk altı ayı ərzində gömrük orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 29 fakt (ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 fakt çox) aşkar olunub. Bu faktlar üzrə 178 kq narkotik vasitə, o cümlədən 47 kq heroin aşkar edilib. Ümumilikdə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 kq çox narkotik və psixotrop maddə tutulub.

Həyata keçirilmiş kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Pakistan-İran-Azərbaycan marşrutu ilə Çin və İtaliyaya daşınma üzrə böyük bir narkokanal aşkar edilərək, 15 nəfərdən ibarət transmilli mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.

Hesabat dövründə gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə başlanmış 1305 işə görə 346 hüquqi şəxs, o cümlədən 90 xarici hüquqi şəxs və 916 fiziki şəxs, o cümlədən 417 xarici fiziki şəxs inzibati məsuliyyətə cəlb olunub, 242 min manat cərimə sanksiyası tətbiq edilib, 166 min manat dəyərində mallar müsadirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR