Bank Of Baku

«Kapital Bank» son bir ildə mənfəətini 47% artırıb

«Kapital Bank» son bir ildə mənfəətini 47% artırıb
# 24 iyul 2009 07:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi cari ilin iyul ayının 1-nə 356,7 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrün göstəricisi ilə müqayisədə 24,8% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın öhdəlikləri 13% artaraq 270,6 milyon manata, müddətli əmanətlərin həcmi isə 30% genişlənərək 82,5 mln. manata çatıb.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri 32,2 mln. manat, xərcləri isə 24,4 mln. manat təşkil edib. Nəticədə, bu ilin ilk altı ayında bankın əldə etdiyi mənfəətin həcmi 7,8 mln. manat olub ki, bu da 2008-ci ilin müvafiq dövrün göstəricisindən 47,2% çoxdur.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasına «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) daxildir. Bankın hazırda respublika üzrə 89 filialı, 312 bankomatı və 480 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR