Bank Of Baku

Son bir ildə “Bakı Sığorta”nın daxilolmaları 2,6 dəfə azalıb

Son bir ildə “Bakı Sığorta”nın daxilolmaları 2,6 dəfə azalıb
# 24 iyul 2009 08:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın “Bakı Sığorta” şirkətinin cari ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 1,500 mln. manat təşkil edib ki, bu ötən ilin analoji dövrün göstəricisi ilə müqayisədə 2,6 dəfə azdır.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, cari ilin ilk altı ayında ən çox sığorta haqqı “Avtonəqliyyat vasitələrinin sığortası” (996,215 min manat), “Tibbi sığorta” (372,982 min manat) və İcbari sığorta növləri (244,101 min manat) növləri üzrə toplanılıb. Bu növlərin şirkətin məcmu daxilolmalarındakı payı müvafiq olaraq 66,4%, 24,9% və 16,2% təşkil edib. Bu müddət ərzində şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 4,2 dəfə azalaraq 73,991 min manat olub.

Xatırladaq ki, əsas təsisçisi “Bank Respublika” (51%) olan “Bakı Sığorta” şirkəti 2007-ci ilin avqustundan fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edib. Şirkət 26 sığorta növü xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR