Bank Of Baku

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi İT ləvazimatın alınması üzrə tender elan edib

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi İT ləvazimatın alınması üzrə tender elan edib
# 24 iyul 2009 09:35 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) Azərbaycandakı nümayəndəliyi İT ləvazimatın alınması üzrə tender elan edib. “APA-Economics”in xəbərinə görə, BMT İP-nin bu barədə elanından məlum olub ki, tender “Bərk tullantıların İdarə olunması” layihəsi çərçivəsində keçirilir.
Tender çərçivəsində 2 ədəd HP Compag dx7500 MT PC stolüstü kompüterin, 2 ədəd HP v 185ws 18,5-inch Widescreen LCD monitorun, 2 ədəd HP Compag 6735s noutbukun, 1 ədəd ACER şirkətinin Power-Point proyektorun, 1 ədəd HP Scanjet foto skanerin, 1 ədəd HP şirkətinin istehsalı olan lazer printerin, 1 ədəd rənqli printerin, 5 ədəd yaddaş kartın, 1 ədəd MaxPower UPS-in alınması nəzərdə tutulur.
Qiymət təklifləri avqustun 7-dək təqdim edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR