Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı inzibati və 2 saylı xəzinə binalarında bir sıra cari təmir işlərinin aparılmasdı ilə bağlı təkliflər sorğusu elan edib

Azərbaycan Mərkəzi Bankı inzibati və 2 saylı xəzinə binalarında bir sıra cari təmir işlərinin aparılmasdı ilə bağlı təkliflər sorğusu elan edib
# 24 iyul 2009 10:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) inzibati və 2 saylı xəzinə binalarında bir sıra cari təmir işlərinin aparılması ilə bağlı təkliflər sorğusu elan edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, sorğuda iştirak haqqı 30 manatdır.
Möhürlənmiş və imzalanmış təklif zərfləri bu il avqustun 6-dək AMB-nin inzibati binasında Satınalmalar Komissiyasının əlaqələndirici şəxsi tərəfindən qəbul ediləcək. Zərflər isə bu il avqust ayının 7-də AMB-nin inzibati binasında açılacaq. İddiaçılar ən azı bir gün qabaqcadan səlahiyyətli nümayəndəsinin adını yazılı sürətdə komissiyaya bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar.

Sorğu ilə bağlı əlavə məlumat almaq üçün 493-11-22 nömrəli telefonla əlaqələndirici şəxs R.Hacıyevə müraciət etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR