Bank Of Baku

“Deka Bank”ın mənfəəti son bir ildə 23 dəfə artıb

“Deka Bank”ın mənfəəti son bir ildə 23 dəfə artıb
# 24 iyul 2009 13:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın “Deka Bank” Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi cari ilin iyul ayının 1-nə 31,926 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan göstəricidən 17,4% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 60,5% genişlənərək 8,887 mln. manata, kredit portfeli 39,8% artaraq 25,189 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 15,4% artaraq 8,624 mln. manata çatıb. Həmçinin bankın məcmu kapitalı 9,3% azalaraq 11,587 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 9,594 mln. manat olub.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,2 dəfə artaraq 2,955 mln. manat, xərcləri isə 5,2 dəfə artaraq 1,295 mln. manat təşkil edib. Nəticədə son bir ildə bankın mənfəəti 23 dəfə artaraq 1,661 mln. manat olub.
Xatırladaq ki, “Deka Bank” 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 6 filialı, 1 bankomatı və 13 POS-terminalı mövcuddur. Cari il iyulun 1-nə olan məlumata görə, bankda 77 nəfər işçi çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR