Bank Of Baku

Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri 12 187 mln. dollara çatıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri 12 187 mln. dollara çatıb
# 24 iyul 2009 13:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari il iyulun 1-i vəziyyətinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəlinə nisbətən 6,35% artaraq 9 557,7 mln. manata (11 886,4 mln. ABŞ dolları) bərabər olub. «APA-Economics»in bildirdiyinə görə, bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov cari ilin birinci yarısının yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

İyulun 24-ü vəziyyətinə isə ARDNF-in aktivləri 12 187 mln. ABŞ dolları olub.

Ş. Mövsümov bildirib ki, 2009-cu ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 3 156,3 mln. manat, büdcə xərcləri isə 2 685,7 mln. manat təşkil edib. Hesabat dövründə Fondun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 989,3 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 907,6 mln. manat, tranzit gəlirləri 5 mln. manat, Heydər Əliyev adına Bakı-Tiflis-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividentlərdən 75,5 mln. manat, akrhesabı ödənişləri 1,1 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 mln. manat təşkil edib. Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəliri 167 mln. manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan müsbət fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri 100,5 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-in 2009-cu il büdcəsinin icrası çərçivəsində 2 530 mln. manat vəsait dövlət büdcəsinə transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 20,2 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 61,9 mln. manat və 68,5 mln. manat vəsait ayrılıb. “Bakı-Tiflis-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə 1,1 mln. manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə isə 1,3 mln. manat vəsait yönəldilib. Altı ay ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 2,7 mln. manat təşkil edib.

Ş. Mövsümovun sözlərinə görə, hesabat dövründə Fondun vəsaitlərinin 53,77%-i ABŞ dolları, 40,71%-i avro, 5,52%-i ingilis funt-sterlinqi, 1,16%-i isə Azərbaycan manatı ilə saxlanılıb.

ARDNF-in portfelindəki istiqrazların 84,27%-i AAA, 8,51%-i A, 6,96%-i AA, 0,18%-i BBB, qalan hissəsi isə digər reytinqli istiqrazlar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR