Bank Of Baku

Neftin qiymətinin düşməsi səbəbindən Dövlət Neft Fondunun mənfəət neftindən daxilolmalar proqnozu cəmi 42% icra olunub

Neftin qiymətinin düşməsi səbəbindən Dövlət Neft Fondunun mənfəət neftindən daxilolmalar proqnozu cəmi 42% icra olunub
# 24 iyul 2009 14:00 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.

Ş. Mövsümovun sözlərinə görə, Fondun büdcəsi tərtib olunarkən neftin 1 barelinin qiyməti 70 ABŞ dollarından götürüldüyü halda, ilin əvvəlində qiymət 48 dollar təşkil edib.

Ş. Mövsümov onu da vurğulayıb ki, ilin əvvəlində vəsait daxilolmaları azalsa da, mart ayından artmağa başlayıb.

«İlin sonuna ARDNF-dən dövlət büdcəsinə 4 915 mln. manat vəsaitin transferet olunması nəzərdə tutulur. Biz bu vəsaitlərin transferetini Maliyyə Nazirliyi ilə razılaşdırılmış qrafik üzrə həyata keçirəcəyik», - deyə Ş.Mövsümov vurğulayıb.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında ARDNF-in neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 989,3 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 907,6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR