Bank Of Baku

Bakıda Suveren Fondların I Beynəlxalq Forumu və Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyətinin iclası keçiriləcək

Bakıda Suveren Fondların I Beynəlxalq Forumu və Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyətinin iclası keçiriləcək
# 24 iyul 2009 14:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) təşkilatçılığı ilə cari ilin oktyabr ayında Bakıda iki beynəlxalq tədbir keçiriləcək. «APA-Economics»in məlumatına görə, bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.

Ş. Mövsümovun sözlərinə görə, tədbirlərdən biri Suveren Fondların I Beynəlxalq Forumudur. Tədbirə dünyanın 20 müxtəlif ölkəsindən yüksək səviyyəli nümayəndə heyətləri qatılacaq.

Cari ilin oktyabr ayının 14-15-də isə Bakıda Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsü (EİTİ) üzrə Beynəlxalq İdarə Heyətinin iclası keçiriləcək. Tədbirdə EİTİ-yə qoşulmuş hökumətlərin nümayəndələri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR