Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının sədri Çexiyanin maliyyə naziri ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının sədri Çexiyanin maliyyə naziri ilə görüşüb
# 24 iyul 2009 14:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycanda səfərdə olan Çexiyanin maliyyə naziri Eduard Yanotanın başçılıq etdiyi geniş nümayəndə heyətini qəbul edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə mövcud böhran şəraitində Azərbaycanda həyata keçirilən makroiqtisadi siyasətin əsas istiqamətləri və Çexiya bu sahədə həyata keçirdiyi tədbirlər müzakirə olunub.

Görüşdə Azərbaycanla Çexiya arasında qarşılıqlı iqtisadi əməkdaşlığın, həmçinin hər iki ölkənin bank sistemləri arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR