Bank Of Baku

«AGBank»ın istehlak kreditlərinin həcmi iki dəfədən çox azalıb

«AGBank»ın istehlak kreditlərinin həcmi iki dəfədən çox azalıb
# 25 iyul 2009 09:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» Səhmdar İnvestisiya Bankının (SİB) aktivlərinin həcmi cari ilin iyul ayının 1-nə 210,296 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan göstərici ilə müqayisədə 5,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 3,1% artaraq 106,707 mln. manat, kredit portfeli 13,2% artaraq 163,849 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 2,1 dəfə azalaraq 11,776 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 6,2% artaraq 30,816 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 15 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 15,6% artaraq 19,301 mln. manat, xərcləri isə 20% artaraq 16,063 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 26% artaraq 3,239 mln. manat olub.

Xatırladaq ki, bank bu müddət ərzində əlavə 3 filial açıb, 5 bankomat quraşdırıb. Eyni zamanda bankın işçilərinin sayı 22,8% ataraq 441 nəfərə çatıb.
«AGBank» SİB 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 16 filialı, 55 bankomatı və 441 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR