Bank Of Baku

«Bank of Baku»nun əsas maliyyə göstəriciləri kəskin azalıb

«Bank of Baku»nun əsas maliyyə göstəriciləri kəskin azalıb
# 27 iyul 2009 08:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi cari ilin iyul ayının 1-nə 168,307 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan göstəricidən 4,5% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 5% azalaraq 80,089 mln. manat, kredit portfeli 14,4% azalaraq 122,040 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 11,4% azalaraq 89,463 mln. manat olub. Həmçinin, bu müddətdə bankın məcmu kapitalı 31,2% artaraq 30,921 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 6,8 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə bankın gəlirləri 4,3% azalaraq 18,532 mln. manat, xərcləri isə 6,4% artaraq 14,381 mln. manata çatıb.
Nəticədə, son bir il ərzində bankın mənfəəti 29,2% azalaraq 4,152 mln. manat təşkil edib.

Bu müddət ərzində bank tərəfindən əlavə 1 bankomat quraşdırılıb, 46 POS-terminal isə ləğv edilib.

Xatırladaq ki, «Bank of Baku» 1994-cü il fevralın 14-də «Tuqay Bank» adı ilə fəaliyyət göstərib. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Bankın hazırda respublika üzrə 15 filialı, 25 bankomatı və 211 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR