Bank Of Baku

Azərbaycanda bank aktivlərinin artımı davam edir

Azərbaycanda bank aktivlərinin artımı davam edir
# 27 iyul 2009 08:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının aktivləri cari ilin iyulun 1-nə 9 191,87 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 1 081,59 mln. manat və ya 10,5% azalıb. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, eyni zamanda iyun ayında apreldə başlayan aktivlərin artım tendensiyası davam edib. Belə ki, birinci rüb ərzində bank aktivləri 1 458,5 mln. manat azalıb, lakin bundan sonrakı üç ay ərzində həmin göstərici məcmu olaraq 376,91 mln. manat artıb.

Aktivlərin strukturuna gəldikdə, müştərilərə verilən kreditlərin həcmi iyulun 1-nə
6 066,25 mln. manat (xüsusi çəkisi 66%), investisiyaların həcmi 724,46 mln. manat (7,88%), müxbir hesablar 552,18 mln. manat (6,01%), nağd vəsaitlər 389 mln. manat (4,23%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 507,21 mln. manat (5,52%), digər aktivlər isə 952,77 mln. manat (10,37%) təşkil edib. Qeyd edək ki, iyun ayı ərzində bankların məcmu aktivlərin tərkib hissələri arasında nağd vəsaitlər, maliyyə sektoruna verilmiş kredit və depozitlər, müştərilərə kreditlər və investisiyalar üzrə artım, digər təsnifatları üzrə isə azalma müşahidə olunur.

Kommersiya banklarının məcmu balansında passivlər hissəsinin 79,77%-i bankların öhdəliklərinin payına düşür. Beləliklə, bankların öhdəliklərinin həcmi 7 332,18 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlindən 1 236,58 mln. manat və ya 14,4% azdır. Öhdəliklərin tərkibində 3 387,54 mln. manat həcmində depozitlər, 3 037,50 mln. manat həcmində maliyyə sektorundan alınmış kredit və depozitlər, 907,14 mln. manat həcmində isə digər öhdəliklər var. Bankların məcmu kapitalı cari ilin əvvəlindən 154,99 mln. manat və ya 9,1% artaraq iyulun 1-nə 1 859,69 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR