Bank Of Baku

«Azal Sığorta» şirkətinin topladığı sığorta haqları artıb

«Azal Sığorta» şirkətinin topladığı sığorta haqları artıb
# 27 iyul 2009 08:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azal Sığorta» sığorta şirkətinin 2009-cu ilin yanvar-iyun ayları ərzində topladığı sığorta haqlarının həcmi 12,497 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1% çoxdur.

«Azal Sığorta» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 60 dəfə azalaraq 5,901 min manat təşkil edib. Şirkətin sığorta haqlarının strukturunda ən çox yığım «Hava gəmilərinin sığortası» (7,840 mln. manat), «Hava nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası» (3,644 mln. manat), «Ümumi mülkü məsuliyyətin sığortası» (499,490 min manat), və «Əmlakın yanğından və digər risklərdən sığortası» (360,972 min manat) növləri üzrə olub. Bu növlərin məcmu daxilolmalardakı xüsusi çəkisi müvafiq olaraq 62,7%, 29,2%, 4% və 2,9% təşkil edib.

Ümumi ödənişlərdə isə ən çox vəsait «Əmlakın yanğından və digər risklərdən sığortası» növü üzrə ödənilib. Bu növ üzrə ödənişin həcmi 5,901 min olub.

Qeyd edək ki, təsisçisi «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti olan «Azal Sığorta» şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Bu ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib. Hazırda «Azal Sığorta» şirkəti 12 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR