Bank Of Baku

Azərbaycanda bankların məcmu kapitalı artıb

Azərbaycanda bankların məcmu kapitalı artıb
# 27 iyul 2009 08:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitallarının həcmi 2009-cu il iyulun 1-nə 1 651,4 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,2% çoxdur.

Cari ilin birinci yarısı ərzində kommersiya banklarının məcmu kapitalı 10,7% artıb ki, bu da bank sistemində əhəmiyyətli göstəricidir. Çünki bu müddət ərzində bank sisteminin digər göstəricilərinin, o cümlədən aktivlər, kredit portfeli və əmanətlərin azalmaya məruz qalmasına baxmayaraq, bankların kapitallaşmasının artması dayanmayıb.

Qeyd edək ki, məcmu kapitalın artımının həm mövcud səhmdarların hesabına nizamnamə kapitalının genişlənməsi, həm də ehtiyat məqsədləri ilə əldə edilən mənfəətin bölüşməməsi və saxlanması səbəbindən baş verdiyi ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR