Bank Of Baku

Azərbaycan kommersiya banklarının xarici öhdəlikləri azalır

Azərbaycan kommersiya banklarının xarici öhdəlikləri azalır
# 27 iyul 2009 10:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri 2009-cu il iyulun 1-nə 1 845,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,2% çoxdur. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, eyni zamanda cari ilin əvvəlindən kommersiya bankların xarici öhdəlikləri 203,3 mln. manat və ya 9,9% azalıb, o cümlədən iyun ayında azalma 83,3 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən ilin oktyabr ayına qədər Azərbaycanın kommersiya banklarının xarici öhdəlikləri kəskin sürətlə artırdı, lakin dünya maliyyə böhran nəticəsində xarici fondlaşma azalıb, bu göstərici də vaxtaşırı ödəmələrin aparılması və xaricdən maliyyə vəsaitlərinin yenidən cəlb edilməməsi nəticəsində azalmağa başlayıb. Bununla belə, iyulun 1-nə kommersiya banklarının xarici öhdəliklərinin həcmi tədricən azalaraq ötən ilin sentyabr ayının səviyyəsi qədər olub. Gözləmək olar ki, Azərbaycan kommersiya bankları yenidən xaricdən maliyyə vəsaitləri cəlb edilməsini dünya maliyyə bazarlarında, o cümlədən kapital və kredit bazarlarında vəziyyətin sağlaşmasından sonra bərpa edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR