Bank Of Baku

Azərbaycanın strateji valyuta ehtiyatları 17 mlrd. dollara bərabərdir

Azərbaycanın strateji valyuta ehtiyatları 17 mlrd. dollara bərabərdir
# 28 iyul 2009 07:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Qlobal böhran kontekstində Azərbaycan iqtisadiyyatı digər inkişaf edən və postsovet ölkələrinə nisbətən yüksək makroiqtisadi dayanıqlıq nümayiş etdirir. 2009-cu ilin birinci yarımilində iqtisadi artım tempi 3,6%, o cümlədən qeyri-neft sektorunda 4,1% təşkil edib. “APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanmış “2009-cu ilin I yarımilliyinin yekunları üzrə pul siyasətinin yerinə yetirilməsi vəziyyəti haqqında” Hesabatında deyilir.

Hesabatda vurğulanır ki, ötən ilin müvafiq dövrünə nəzərən dünya bazarında enerji daşıyıcılarının qiymətinin kəskin düşməsinə baxmayaraq, Azərbaycanın xarici ticarət balansında müşayiət olunan müsbət meyllər davam etməkdədir. Xarici ticarət dövriyyəsi 2009-cu ilin yanvar-may aylarında 6 853,3 mln. dollar təşkil edib ki, bunun da 4 591,3 mln. dolları ixracın, 2 262 mln. dolları isə idxalın payına düşür. Beləliklə, dövr ərzində xarici ticarət balansında 2 329,3 mln. dollar profisit yaranıb.

AMB-nin hesablamalarına görə, ölkənin strateji valyuta ehtiyatları 17 mlrd. dollara yaxındır ki, bu da 24 aylıq mal və xidmətlərin idxalına kifayətdir.

Qeyd edək ki, ötən ilin son aylarından başlayan deflyasiya prosesi cari ilin II rübündə də davam edib. Belə ki, 2009-cu ilin 6 ayında 3% deflyasiya qeydə alınıb. Orta illik inflyasiya 3,7% təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 5 dəfə aşağıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR