Bank Of Baku

«Əmrahbank»ın depozitləri son bir ildə 11% artıb

«Əmrahbank»ın depozitləri son bir ildə 11% artıb
# 28 iyul 2009 08:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi bu ilin iyul ayının 1-nə 63,064 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrün göstəricisi ilə müqayisədə 0,9% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində bankın depozit portfeli 11% artaraq 35,813 mln. manata, kredit portfeli 7,2% artaraq 36,739 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 13,1% artaraq 24,497 mln. manata çatıb. Həmçinin bankın məcmu kapitalı 2,4% azalaraq 19,983 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 12,821 mln. manat olub.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,3% azalaraq 6,123 mln. manata, xərcləri isə 3 dəfə artaraq 4,927 mln. manata çatıb. Nəticədə bankın mənfəəti 63,5% azalaraq 1,196 mln. manat təşkil edib.

Təsisçisi 5 yerli fiziki şəxs (51%) və Bəhreynin Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 23 filialı, 12 bankomatı və 45 POS-terminalı fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın işçilərinin sayı 352 nəfər, orta aylıq əmək haqqı isə 620 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR