Bank Of Baku

Azərbaycanda bank əmanətlərinin artması davam edir

Azərbaycanda bank əmanətlərinin artması davam edir
# 28 iyul 2009 08:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Əhalinin Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilmiş əmanətlərinin həcmi 2009-cu il iyulun 1-nə 1 934,3 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4% çoxdur.
Xatırladaq ki, cari ilin əvvəlindən başlayaraq birinci rübü ərzində əmanətlərin həcmi 131 mln. manat azalıb, lakin sonrakı ardıcıl üç ay ərzində artım baş verib. O cümlədən, əmanətlər apreldə 93,1 mln. manat, mayda 47,1 mln. manat, iyunda isə 21,4 mln. manat artıb. Nəticədə, cari ilin əvvəlindən əmanətlərin həcmi 30,6 mln. manat artıb, yəni ilin ilk aylarında baş vermiş azalma tam üstələnib.

Qeyd edək ki, birinci rübdə əmanətlərin azalmasının əsas səbəbi banklar tərəfindən kreditləşmənin məhdudlaşması olub. Belə ki, banklar tərəfindən kreditlərin verilməməsi, şərtlərin sərtləşdirilməsi, müəyyən məhdudiyyətlərin qoyulması nəticəsində həm sahibkarlar, həm fiziki şəxslər öz əmanət hesablarından istifadə etməyə məcbur olublar. Yəni əmanətlərin azalması əhali tərəfindən bank sisteminə etimadın azalması ilə heç bir əlaqəsi olmayıb və aprel ayından başlayaraq kreditlərin, bank aktivlərin artması ilə paralel olaraq əmanətlərin yenidən artmağa başlaması bunu sübut edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR